• “Formula 1” 2030-dək Azərbaycandadır: Sürət maskaradının kölgəsindəki astagəl həqiqət

    Bakı küçələrinin daş döşəmələri üzərindən mühərrik uğultusu keçəndə sanki şəhərin nəfəsi dəyişir. Qədim İçərişəhərin divarları, minillərin sükutunu qoruyan məscidlər və saraylar birdən-birə texnogen gurultunun kölgəsində qalır. Dünya televiziyalarında parıltılı kadrlar görünür, sanki Şərqlə Qərbin kəsişdiyi yerdə müasirlik və zənginlik əl-ələ verib xalqa tamaşa qurur. Amma hər tamaşanın arxasında görünməyən aktyorlar olur. Burada bu rolu xalqın…