• ADRA-da dil ayrı-seçkiliyi: Azərbaycan bölməsininin tələbəsinə niyə “rus dilini öyrən” deyilir?

    ADRA-da dil ayrı-seçkiliyi: Azərbaycan bölməsininin tələbəsinə niyə “rus dilini öyrən” deyilir?

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinin tələbələrindən “Tələbə Mediası”na ciddi şikayət daxil olub. Tələbələrin bildirdiyinə görə, Azərbaycan bölməsində təhsil almalarına baxmayaraq, müəllimlərin əksəriyyəti dərsləri rus dilində keçir. Buna etiraz edən tələbələrə isə problemi həll etmək əvəzinə “rus dilini öyrənin” deyildiyi, bəzi hallarda onların alçaldıcı münasibətlə üzləşdiyi bildirilir. Şikayətin daha ağır tərəfi isə qiymətləndirmə ilə bağlıdır.…

  • Bakıda ömrümüz tixaclarda keçir: nəqliyyat böhranının siyasi cavabdehi kimdir?

    Bakıda ömrümüz tixaclarda keçir: nəqliyyat böhranının siyasi cavabdehi kimdir?

    Bakıda səhər işə getmək artıq yol getmək olmaqdan çıxaraq bir növ qumara çevrilib. Masazırdan, Xırdalandan, Binəqədidən, Hövsandan, Zabratdan çıxırsan, amma mənzilbaşına nə vaxt çatacağını bilmirsən. Bir saat? İki saat? Bəlkə, daha çox? Dərsin saat 9-dadır, işə gecikmək olmaz, xəstəxanada qəbulun var? Bunların heç biri şəhərin vecinə deyil. Şəhərin sənə verdiyi yeganə cavab gözləməyinlə bağlıdır. Dayanacaqda…

  • Rusiya işğalı Zelenskini tənqiddən azad etmir: Ukraynada müharibənin arxasındakı oliqariya və korrupsiya

    Rusiya işğalı Zelenskini tənqiddən azad etmir: Ukraynada müharibənin arxasındakı oliqariya və korrupsiya

    Azərbaycanda Ukrayna müharibəsi haqqında müzakirələr çox vaxt qəribə bir məntiqi tələyə düşür. Vladimir Putinin işğalçı siyasətinə qarşısansa, deməli, Volodimir Zelenskini dəstəkləməlisən, Rusiya ordusunun Ukraynaya hücumunu pisləyirsənsə, deməli, Kiyevdəki siyasi quruluşu demokratik, mütərəqqi və az qala xalq hakimiyyətinin nümunəsi kimi qəbul etməlisən. Halbuki siyasətə futbol azarkeşliyi kimi baxmaq yaxşı heç nə vəd etmir. Bir imperialist gücün…

  • Azad medianı susdurmaq üçün 121 il: hakim sinfin “Toplum TV” simasında həqiqətdən qorxusu

    Azad medianı susdurmaq üçün 121 il: hakim sinfin “Toplum TV” simasında həqiqətdən qorxusu

    İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” üzrə hökmünü elan etdi. Akif Qurbanov və Ruslan İzzətli 15, Ələsgər Məmmədli və Əli Zeynal 14, Müşfiq Cabbar, Ramil Babayev və İlkin Əmrahov 13, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum edildilər. Doqquz nəfərə ümumilikdə 121 il həbs cəzası verildi. Onların hər…

  • Azad mətbuatın qatili onun yoxluğundan danışır: Əliyev hakimiyyətinin böyük səfsətəsi və azad Azərbaycan mətbuatından qorxu

    Azad mətbuatın qatili onun yoxluğundan danışır: Əliyev hakimiyyətinin böyük səfsətəsi və azad Azərbaycan mətbuatından qorxu

    151 il əvvəl, 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk sayını nəşr etdirdi. Cəmi 56 sayı işıq üzü görən bu qəzetin missiyası hakimiyyət sahiblərini tərifləmək yox, cəmiyyəti maarifləndirmək, geriliyi ifşa etmək və xalqla onun problemləri haqqında öz dilində danışmaq idi. Bu gün isə Azərbaycan dövləti Zərdabinin adını təntənəli mərasimlərdə çəkir, onun gördüyü…

  • Pakistan dərsləri: Azərbaycan zəhmətkeşləri Kəşmir üsyanından nə öyrənə bilərlər?

    Pakistan dərsləri: Azərbaycan zəhmətkeşləri Kəşmir üsyanından nə öyrənə bilərlər?

    İstənilən ölkədə hakim siniflər xalqa daim dövlətin həddindən artıq güclü, zəhmətkeşlərin isə zəif, dağınıq və aciz olması ilə bağlı eyni yalanı danışırlar. İşçinin maaşı verilmirsə, şikayət etməsi, hüququ pozulursa, məhkəməyə müraciət etməsi, həyatı dözülməz hala gəlirsə, növbəti seçkini gözləməsi tövsiyə olunur. İnsanlara hər şey təklif edilir, yalnız birlikdə hərəkət etməkdən başqa. Pakistanın idarə etdiyi Cammu…

  • Azərbaycan hökumətinin ən çox qorxduğu qüvvə: Rejimin təşkilatlanmış işçilərə işgəncəsi təsadüfi deyil

    Azərbaycan hökumətinin ən çox qorxduğu qüvvə: Rejimin təşkilatlanmış işçilərə işgəncəsi təsadüfi deyil

    Nə saray müxalifəti, nə parlament dekorasiyası, nə də sosial şəbəkələrdə bir gün alışıb o biri gün sönən qəzəb – hakim sinfin əsl kabusu sadalananlar yox, öz gücünü dərk edən, təkbaşına şikayət etməyi buraxıb təşkilatlanmağa başlayan işçilərdir. Çünki bu ölkənin sərvətini yaradanlar məmurlar, oliqarxlar, tender varlıları və işçinin qanı hesabına “uğurlu sahibkar”a çevrilənlər deyil. Bu sərvəti…

  • Futbol yox, korrupsiya üzrə dünya çempionatı

    Futbol yox, korrupsiya üzrə dünya çempionatı

    Futbol üzrə dünya çempionatı başlayanda ekranlarda bayraqlar dalğalanacaq, stadionlarda himnlər səslənəcək, sponsorlar insanlığı qucaqlayan reklam çarxları göstərəcək və aparıcılar bu nəhəng tamaşanı yenə futbol bayramı adlandıracaqlar, lakin parıltılı səhnənin arxasında başqa bir yarış – tenderlərin, viza rejimlərinin, polis baryerlərinin, bahalı biletlərin, görünməz əməyin və qlobal kapitalın yarışı gedir. Kapitalizm futbolu sadəcə sevimli oyun kimi saxlamır,…

  • Jurnalistlərə 13-16 il həbs tələbi: “Toplum TV işi” və Azərbaycan hakimiyyətinin maskasız zorakılıq rejimi

    Jurnalistlərə 13-16 il həbs tələbi: “Toplum TV işi” və Azərbaycan hakimiyyətinin maskasız zorakılıq rejimi

    “Toplum TV işi” üzrə dövlət ittihamçısının jurnalistlərə, media nümayəndələrinə və siyasi fəallara 13 ildən 16 ilədək həbs cəzası istəməsi Azərbaycan hakimiyyətinin son illərdə keçdiyi yeni mərhələnin ən açıq ifadələrindən biridir. Bu, məhkəmə işi hakimiyyətin bütün cəmiyyətə göndərdiyi siyasi mesajdır: “Biz artıq sizi razı salmaqla yox, qorxutmaqla idarə edirik”. Dövlət ittihamçısı Akif Qurbanov və Ruslan İzzətli…

  • Daxildə repressiya, xaricdə reklam: Azərbaycan hökumətinin 1,7 milyon manatlıq “Euronews” müqaviləsi hansı məqsədə xidmət edir?

    Daxildə repressiya, xaricdə reklam: Azərbaycan hökumətinin 1,7 milyon manatlıq “Euronews” müqaviləsi hansı məqsədə xidmət edir?

    Dövlət Turizm Agentliyinin Fransanın “Euronews” şirkəti ilə 1,7 milyon manatlıq müqavilə imzalaması ilk baxışda adi turizm imici təbliğatı kimi görünə bilər. Rəsmi izah da, yəqin ki, çox tanış olacaq. Guya Azərbaycan xaricdə təbliğ olunur, ölkənin təbiəti, mədəniyyəti, turizm imkanları və müasir siması beynəlxalq auditoriyaya çatdırılır. Amma bu cür izahlar yalnız dövlət press-relizlərinin havasız otaqlarında inandırıcı…