
28 May və həqiqi müstəqillik: AXC haqqında miflər kimə xidmət edir?
28 May məsələsində mərasim dili və tarixi həqiqət 28 May Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur. Rəsmi tarix bu günü milli iradənin saf təntənəsi, Azərbaycan Xalq Cümhuriyyətini isə xalqın azadlıq arzusunun mükəmməl siyasi forması kimi təqdim edir. Liberal romantiklər üçün AXC itirilmiş demokratik cənnətdir, dövlət ideoloqları üçün isə indiki hakimiyyəti keçmişin “milli dövlətçilik” xəttinə bağlamaq…

Homofobiya və kapitalist ailə: Nifrətin sinfi-siyasi anatomiyası
Homofobiya Azərbaycanda çox vaxt açıq nifrət kimi yox, “normal düşüncə” kimi yaşayır. İnsanlar bunu ideologiya saymır, bənzər düşüncələri daha çox ailə tərbiyəsi, milli dəyər, din, namus və ictimai əxlaq adı ilə həyatlarında yaşadır və tətbiq edirlər. Amma məhz bu “normal” hesab edilən məqam LGBTQİ+ insanları ailədə susmağa, məktəbdə gizlənməyə, küçədə qorxmağa və dövlətdə hüquqsuz qalmağa…

Heydər Əliyev hansı siyasi ideologiyaya xidmət edirdi? “Böyük şəxsiyyət” mifinin arxasında gizlənən həqiqət
10 May Azərbaycanda Heydər Əliyevin doğum günü kimi qeyd edilir. Bu tarix hər il dövlət aparatının öz mənşəyini, legitimliyini və ideoloji üstünlüyünü yenidən nümayiş etdirdiyi mərasimə çevrilib. Bu mərasim artıq nəinki tarixi izah edir, hətta onun yerini tutan mif mahiyyəti daşıyır. Rəsmi ideologiya Heydər Əliyevi “böyük şəxsiyyət”, “dövlətin qurucusu”, “xalqın xilaskarı”, “ümummilli lider”, “ulu öndər”…

9 May kapitalın faşist zirehinin çatladığı gündür: Təşkilatlanmış insanlar cəhənnəm alovunu da söndürə bilər
Faşizm sadəcə Hitler və Mussolini kimi dəlilərin kabusu, hər hansı millətin xəstəliyi, yaxud hərbi manyakların təsadüfi qəddarlığı deyil. Faşizm kapitalizmin ən qaranlıq müdafiə mexanizmlərindən biridir. Kapitalizmdə böhran dərinləşəndə, işçi sinfi ayağa qalxanda, kapital sahibləri artıq köhnə parlament oyunları ilə hakimiyyətini qoruya bilməyəndə səhnəyə açıq zorakılıq, ölüm düşərgələri, hərbi intizam, irqçi miflər və təşkilatlanmış terror çıxırdı.…

Karl Marks 208 yaşında
Bəzi insanlar doğulduqları əsrdə qalır və unudulurlar, bəziləri isə elə doğulurlar ki, yaşadıqları əsr onların boyuna dar gəlir. Karls Marks ikinci qəbildəndir. O, XIX əsrin insanı olsa da, XXI əsrin qapısını döyən sualların çoxunu bizdən əvvəl formalaşdırmışdı. Niyə zənginlik artdıqca yoxsulluq yox olmur? Niyə texnika inkişaf etdikcə insan daha azad olmaq əvəzinə daha asılı hala…

İnqilabçı, filosof, nəzəriyyəçi: Lenin niyə bu gün də burjua dünyasını qorxudur?
Lenindən bəhs ediləndə elə bir beyin yada düşür ki, sonradan həmin təfəkkür milyonlarla insanın taleyinə qarışdı, siyasətin lüğətini dəyişdi, zülmü həyatın zəruri əsası kimi qəbul etməyə alışdırılmış xalq kütlələrinin qarşısında tarixə başqa cür baxmağın yolunu açdı. Hakim siniflərin Lenin haqqında yüz ildən artıqdır bu qədər təkidlə yalan danışması da bununla bağlıdır. İnsanlar çox vaxt yalnız…
İranla müharibə: Kommunistlər hansı mövqeyi tutmalıdırlar?
Alan Vuds – 28 fevral 2026 Ötən şənbə günü – 28 fevralın səhəri Tehranda ABŞ və İsrail raketlərinin İran paytaxtına zərbə endirməsi nəticəsində bir neçə güclü partlayış səsi eşidildi. Tehran, Qum və İranın digər şəhərləri üzərində də tüstü buludlarının yüksəldiyi görüldü – bu, müharibənin başlandığını xəbər verirdi. Bir anın içində mənasız danışıqların sonsuz parodiyası qəfil…

Rəsulzadənin həqiqi mirası: eklektizm, təsanüd və “azadlıq mücahidi” mifi
31 yanvar Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Milli yaddaşda ictimai-siyasi fiqurlarla bağlı ad günləri çox vaxt “tarix dərsi” kimi yox, “sadiqlik yoxlaması” kimi işləyir. 31 yanvar tarixi isə hər il şüarlar, sitatlar, fotolar, “milli ata” obrazı, müsavatçıların Novxanıdan Rəsulzadə heykəli önündən şəkilləri kimi ritualları doğurur. Rəsulzadə ilə bağlı əsas problem isə bu simvolikləşmiş mənanın siyasi…
Tarixin məhkəməsi: Heydər Əliyev obrazının sinfi anatomiyası
Tarix şəxslərin iradəsi ilə yox, siniflərin obyektiv maraqları ilə irəliləyir və bu maraqlar dəyişmədikcə “böyük şəxsiyyət” mifi yalnız tarixi dumanlandırır. Bu sadə həqiqəti dərk etmədən Heydər Əliyev obrazı haqqında deyilən hər fikir çarəsiz şəkildə ya romantik nostalgiyaya, ya da sifarişli təbliğata çevrilir. Halbuki bu fiqurun mahiyyəti ideyalarla deyil, bürokratik sinfin öz hökmranlığını qorumaq üçün hər…
Qadınlara qarşı zorakılıq ailə problemi yox, sinfi diktaturadır
Dünyanın bir çox yerində 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü küçələrdə şüarlarla, yürüşlərlə, feminist və sol hərəkatların etirazları ilə qeyd olunarkən, bizim ölkədə rəsmi ideologiya ailə dəyərləri haqqında pafoslu çıxışlar edir, amma həmin ailələrdə döyülən, boğulan, bıçaqlanan, yandırılan qadınların adını çəkməməyə çalışır. Televiziyalarda toy-biznes, “İnstaqram ailələri”, yalançı xoşbəxtlik şousu gedir, eyni saatlarda isə…
