• 9 May kapitalın faşist zirehinin çatladığı gündür: Təşkilatlanmış insanlar cəhənnəm alovunu da söndürə bilər

    9 May kapitalın faşist zirehinin çatladığı gündür: Təşkilatlanmış insanlar cəhənnəm alovunu da söndürə bilər

    Faşizm sadəcə Hitler və Mussolini kimi dəlilərin kabusu, hər hansı millətin xəstəliyi, yaxud hərbi manyakların təsadüfi qəddarlığı deyil. Faşizm kapitalizmin ən qaranlıq müdafiə mexanizmlərindən biridir. Kapitalizmdə böhran dərinləşəndə, işçi sinfi ayağa qalxanda, kapital sahibləri artıq köhnə parlament oyunları ilə hakimiyyətini qoruya bilməyəndə səhnəyə açıq zorakılıq, ölüm düşərgələri, hərbi intizam, irqçi miflər və təşkilatlanmış terror çıxırdı.…