
Homofobiya və kapitalist ailə: Nifrətin sinfi-siyasi anatomiyası
Homofobiya Azərbaycanda çox vaxt açıq nifrət kimi yox, “normal düşüncə” kimi yaşayır. İnsanlar bunu ideologiya saymır, bənzər düşüncələri daha çox ailə tərbiyəsi, milli dəyər, din, namus və ictimai əxlaq adı ilə həyatlarında yaşadır və tətbiq edirlər. Amma məhz bu “normal” hesab edilən məqam LGBTQİ+ insanları ailədə susmağa, məktəbdə gizlənməyə, küçədə qorxmağa və dövlətdə hüquqsuz qalmağa…
