
1 May tələbənin də günüdür: diplomdan sonra bizi hansı əmək bazarı gözləyir?
1 May yalnız zavodlarda, tikintidə, ofislərdə, marketlərdə və xidmət sahəsində çalışanların günü deyil. 1 May həm də tələbələrin günüdür. Çünki bu gün auditoriyada oturan gənclər sabah əmək bazarının qapısı qarşısında dayanacaq və həmin qapının arxasında onları çox vaxt arzuladıqları peşə yox, aşağı maaş, ödənişsiz təcrübə, qeyri-sabit iş, “təcrübən yoxdur” bəhanəsi və diplomun getdikcə dəyərsizləşdiyi bir…
