
1 May tələbənin də günüdür: diplomdan sonra bizi hansı əmək bazarı gözləyir?
1 May yalnız zavodlarda, tikintidə, ofislərdə, marketlərdə və xidmət sahəsində çalışanların günü deyil. 1 May həm də tələbələrin günüdür. Çünki bu gün auditoriyada oturan gənclər sabah əmək bazarının qapısı qarşısında dayanacaq və həmin qapının arxasında onları çox vaxt arzuladıqları peşə yox, aşağı maaş, ödənişsiz təcrübə, qeyri-sabit iş, “təcrübən yoxdur” bəhanəsi və diplomun getdikcə dəyərsizləşdiyi bir…

Bakı Ali Neft Məktəbində təzyiq mühiti: problemləri həll etməkdənsə söz azadlığını boğan universitet
Ölkənin nüfuzlu təhsil qurumlarından olan Bakı Ali Neft Məktəbinin tələbələri universitetdə baş verənlərdən narazıdırlar. Son günlərdə Bakıda yağan yağışa universitetin infrastrukturu tab gətirə bilməyib: həm universitet ərazisini su basıb, həm də elektriklər kəsilib. Bu səbəbdən nə tələbələr universitetə gedə bilir, nə də müəllimlər tələbələrin qiymətlərini sistemə daxil edə bilirlər. Semestrin son həftəsində tədris onlayn şəkildə…

Universitet diplomu ilə kassa arxasına: Azərbaycanda məzunlar niyə öz ixtisasları üzrə işləyə bilmirlər?
Bu yaxınlarda Dövlət Məşğulluq Agentliyinin yaydığı rəqəmlər cəmiyyətdə haqlı narahatlıq yaratdı. 2018-2023-cü illərdə Azərbaycanda universitet məzunlarının sayı təxminən 121 min nəfər olub, halbuki onların yalnız 71 min nəfəri iş tapa bilib. İş tapanların da önəmli hissəsinin supermarketlərdə çalışdığı, 58 faizinin isə 400 manatdan aşağı maaş aldığı bildirilib. Bu rəqəmlər məşğulluq problemini göstərməklə yanaşı daha dərin…
