Dünya maliyyə imperiyasının təmizlik ili: 2026

2026 çox sürətli bir şəkildə başladı: Venesuellada Maduronun oğurlanması, Rojavaya HTŞ terror təşkilatı tərəfindən hücum və İrandakı aksiyalar. Fərqinə vardınızsa, bu hadisələrin hamısı radikal sağın və böyük maliyyə tiranlarının hədəflərinə uyğun şəkildə formalizasiya olunub. Müqavimət media və Azərbaycan azad sosialistləri olaraq bu prosesin necə yarandığını və addımlarını izah edəcəyik.

Radikal sağın 2022-dən etibarən güclənməsi ilə birlikdə dünyada yeni bir bölüşüm müharibəsinin başlayacağı ehtimalları artıq gözümüzün qabağına gəlirdi. Amma bunun bu qədər sürətli şəkildə güclənməsi və neoliberal hegemoniyaya yad olan bütün ünsürlərin təmizlənmə əməliyyatlarının bizim gözlədiyimizdən də sürətli bir formada inkişaf etməsi diqqət çəkicidir. Bu proseslərin hamısına tək-tək nəzər salaraq başlayaq.

Venesuela: “liberal-demokrat inqilabmı, yoxsa imperialist hücummu?”

Azərbaycanın “liberal qüvvələri” bu prosesi liberal-demokrat inqilab adlandırmaqla əslində kimə xidmət etdiklərini bizə çox yaxşı izah etdilər. Bu, Burkina-Fasolu inqilabçı Tomas Sankaranın “sizi qidalandıran, sizi idarə edər” sözlərini xatırladır.

Qanunsuz və heç bir hüquqi əsası olmadan bir dövlət başçısının oğurlanması, əmin olun ki, heç bir hüquqi prosesə sığmır. Bu isə bizə bir daha göstərir ki, transmilli şirkətlər imperiyasının metropolu olan ABŞ tam istədiyi kimi hərəkət azadlığına sahibdir və radikal sağın yüksəlişi ilə bu hərəkət azadlığının daha da genişləndiyi açıq görünür.

Demokrat Partiya dövründə bu tip əməliyyatlara “demokratiya gətirmək” ritorikası geyindirilsə də, Tramp özünü yormayaraq “Venesuela nefti bizimdir” ifadəsini işlətdi. Bunun niyə belə olduğunu Alex Callinicosun Anti-Capitalist Manifesto kitabına istinadla izah edə bilərik. ABŞ XXİ əsrin əvvəlində İraqa NATO və ya başqa qüvvələr olmadan təkbaşına daxil olaraq “Soyuq müharibə bitdi, mənim hegemoniyam başladı” mesajı ilə açıq güc nümayiş etdirdi. Əslində bu proses Venesuela üçün də eyni səciyyə daşıyır.

ABŞ orada müxalifəti maliyyələşdirərək, silahlı terror dəstələri yaradaraq və ya bu addımlara hüquqi don geyindirərək də hərəkət edə bilərdi. Amma bunların heç birinə ehtiyac duymadığını, beynəlxalq hüquqa, BMT-yə və ya başqa qurumlara tabe olmadığını göstərmək, “ən güclü mənəm” imicini vermək hədəfi güdür.

ABŞ elitasından qrant alan media və yayım orqanları isə bu addımı haqlı çıxarmaq üçün “Venesuela xalqına baxın, necə xoşbəxtdirlər” tipli manipulyasiyalara əl atırlar. Əlbəttə, belə sosial təbəqələr mövcuddur, lakin bunu bütün xalqa şamil etmək dezinformasiyadan başqa bir şey deyil.

Biz, əlbəttə ki, Maduro kimi bir bonapartist reformizmi dəstəkləmirik və Venesuelada mövcud olan “XXİ əsr sosializmi”ni anti-imperialist kimi qiymətləndirmirik. Bunun səbəbi sadəcə “Maduro diktatordur” kimi liberal diskurs deyil. Biz anti-imperialist olmaq üçün anti-kapitalist olmağın zəruri olduğunu düşünürük. Xüsusi mülkiyyəti ləğv etməyən, sadəcə proqressiv vergiyə əsaslanan və son illərdə burjuvaziyanın azalmadığı bir rejimdən anti-kapitalizm gözləmədiyimizi açıq şəkildə bəyan edirik.

Leninin “İmperializm – kapitalizmin son mərhələsi” əsərində qeyd etdiyi kimi, kapitalist ölkələrin əsas məqsədi imperializm mərhələsinə çatmaqdırsa, onların anti-imperialist olma ehtimalı sıfıra yaxındır. Bəs bu hücumun əsas səbəbi nədir, əgər Maduro sosialist deyilsə?

Dünyanı idarə edən əsas gücün böyük burjuvaziyanın kapitalı olduğu şəraitdə bu sistemin daxil ola bilmədiyi bütün qüvvələri məhv etməyə çalışması hamımıza aydındır. Venesuelaya imperializm daxil olsa belə, əsas sahə olan neft sektorunda hegemonluğun hələ də dövlətin əlində qalması maliyyə imperialistlərini narahat edirdi.

Məhz buna görə də Venesueladakı bonapartı — Maduronu — sürətli şəkildə ələ keçirərək ya onunla, ya da ona uyğun bir qüvvə ilə razılaşmaq qərarına gəldikləri fikrindəyik. Burada tiranların mübarizəsi yox, masaların dəyəri əsasdır.

Biz Venesuela xalqının yanındayıq — Maduronun yox.

Rojavaya HTŞ-nin hücumu: Kobani dirənişi yenidən başlayır

Rojava və Kürdüstan azadlıq hərəkatı bizə görə Yaxın Şərqin ən proqresiv qüvvəsi və azadlıq mübarizəsidir. Dörd dövlət tərəfindən istismar və əzilmə ilə üzləşən bu xalqın illərdir davam edən mübarizəsinə hörmət və ehtiramla salamlayaraq başlamaq düzgün olacaqdır.

Rojava məsələsinə biz nə romantik bir solçu kimi “inqilab”, nə də şovinist və ya ultra-bolşevik yanaşma ilə “imperializmin əlaltısı” kimi baxırıq. Rojavanı neft üzərindən və ya fonlanma məsələsini Qərb imperializmi ilə əməkdaşlıq kimi sadələşdirərək izah etməyin yanlış olduğu fikrindəyik.

Fon məsələsinə yaxından baxaq. 1968 ayaqlanmaları və işçi hərəkatlarının gözlənilən nəticələri verməməsindən sonra solda kimlik siyasəti ön plana çıxdı; bunları “icmalar” adlandıra bilərik. Bu icmalar Qərbdə sosial-demokrat və sol-liberal hökumətlərin əsas dayaqlarına çevrildi və reformist qanadı diktə edərək bu prosesi formalaşdırdı. Bu icmalar sistem üçün təhlükə yaratmamaqla yanaşı, liberal demokratiyanın əsas aktorlarından biri oldular.

Rojava müqaviməti qrantla doğulmuş bir proses deyil; Kürdüstan xalqının dirənişi ilə başlayıb. İŞİD-ə qarşı mübarizə dövründə Qərb icmalarının dəstəyi ilə yanaşı, qrant mexanizmləri də işə düşməyə başladı.

Neft məsələsinə gəldikdə isə, Rojava struktur olaraq maliyyə imperiyasının istədiyi tipdə bir quruluş deyil. Wallerstein-in dünya-sistem nəzəriyyəsinin birinci cildində qeyd etdiyi kimi, kapitalizmdə milli dövlətlər kapitalist hegemoniyaya tam uyğun strukturlardır. Rojava isə Proudhonun “xırda burjua sosializmi”nə yaxın, böyük istismarçı şirkətlərin bölgəyə daxil olmasının qarşısını alan, struktur olaraq radikal-demokratik və özünüidarəçi bir modeldir. Bu səbəbdən transmilli aktorlar üçün “etibarlı tərəfdaş” deyil; qarşılarında bir dövlət və ya tiran yox, müxtəlif kooperativ strukturlar durur.

Bundan əlavə, Rojava bölgəvi faktor kimi dövlət statusuna malik deyil, borclana bilmir və kapitalist münasibətlər çox məhdud şəkildə inkişaf edir. Bölgədə fəaliyyət göstərən neft şirkətlərinin əsas məqsədi nefti istismar etmək deyil, onu qorumaq və nəzarətdə saxlamaqdır. Burada sistematik neft çıxarılması və ya neft oğurluğu prosesi mövcud deyil. Qərbin əsas mövqeyi Şam hökumətini dəstəkləmək və hazırkı vəziyyətdə neft yataqlarının zərər görməməsini təmin etməkdir.

HTŞ-nin ötən il bölgədə Ələvi şiələrə hücumları ilə başlayan təzyiq siyasəti indi Rojavaya yönəlib. Lakin Kürd və Ələvi şiə xalqlarının şərəfli müqavimətinin bu işğalçı qüvvələri geri püskürdəcəyinə inanırıq. Hazırda Hələbdə vəziyyət gərgin olsa da, bunu bir məğlubiyyət deyil, mübarizə əzmini gücləndirən bir mərhələ kimi qiymətləndiririk.

Rojavada baş verən hadisələr bizə onu da göstərir ki, mərkəzi inqilabi qüvvə olmadan formalaşan post-marksist üsyanlar bölgəyə inqilabı və xüsusi mülkiyyətin ləğvini yaya bilmir. Bu cür bölgəvi hərəkatlar əsasən öz əraziləri ilə məhdudlaşır və yayılmaqda ciddi çətinliklərlə üzləşir. Zapatistalar buna yaxşı bir nümunədir.

Bu prosesi “inqilab” kimi təqdim edən sol qüvvələri tənqid etməyimizin səbəbi də budur. Lenin-in “iki mərhələli inqilab” tezisinin artıq tarixi keçmişdə qaldığını, Leninin özünün də sonradan bu yanaşmadan imtina edərək Trotski-nin “permanent inqilab” nəzəriyyəsinə yaxınlaşdığını bilirik. Az inkişaf etmiş ölkələrdə də sosializm mümkündür və proletariat bu gücə sahibdir. Çünki dünya sisteminin əsas dayağı proletariatdır və onun inqilabı xüsusi mülkiyyəti ortadan qaldıracaqdır.

Mülkiyyət münasibətləri dəyişmədən bu prosesi “inqilab” adlandırmağı düzgün hesab etmirik.

Bütün tiranlara ölüm — istər Şah olsun, istər Ali Lider; yoldaşlarımızın qanı üzərinə and içirik ki, sonuna qədər dirənəcəyik: Jin, Jiyan, Azadî!”

İranda 2025-ci ilin son günlərində başlayan etiraz aksiyaları 2026-nın ayaq səslərini artıq eşitdirirdi. 2022-dən bəri davam edən əzilən xalqların, tələbələrin, zəhmətkeşlərin və qadınların etirazları İrandakı üsyanın bu səviyyədə geniş vüsət alacağını göstərirdi. Bu etiraz aksiyalarının əsas kökündə İran iqtisadiyyatının geriləməsi və artan qiymətlər dayanır. Aksiyalar zamanı minlərlə insanın öldürüldüyü və yaralandığına dair məlumatlar yayılmağa başlayıb.

İlk mərhələdə etirazlar gənclərlə təhlükəsizlik qüvvələri arasında küçə toqquşmalarına çevrildi. Ölkənin 31 vilayətindən 26-sında, 70-dən artıq şəhər və qəsəbə bu prosesdən təsirləndi. Xüsusilə etnik azlıqların yaşadığı bölgə və vilayətlərdə etirazlar daha güclü şəkildə davam edir. Vəziyyət çox sürətlə inkişaf edir və bunun yeni bir ü

Ümummilli üsyana çevrilib-çevrilməyəcəyi, yoxsa sönüb gedəcəyi hələlik qeyri-müəyyəndir.İkinci günə çatdıqda, çarşı tətilləri (bağlanmalar) sürətlə Həmədan, Qeşm, Məşhəd, İsfahan və Zəncana yayıldı. Eyni zamanda, Tehrandakı universitetlərdə tələbə etirazları alovlandı və aşağıdakı şüarlar səsləndirildi:
“Bütün tiranlara ölüm! İstər Şah olsun, istər Ali Lider!”,
“Yoldaşlarımızın qanı üzərinə and içirik, sonuna qədər dirənəcəyik!”,
“Azadlıq, azadlıq, azadlıq!”

Təhlükəsizlik qüvvələri əsasən passiv mövqe tutaraq etirazları müşahidə etməklə kifayətləndi. Rejimin universitetlərdəki tərəfdarlarının qarşı mitinqlər təşkil etmək cəhdləri isə bu inqilabi dinamika ilə müqayisədə olduqca zəif qaldı.

Çarşı etirazları zamanı yaşlı iştirakçılar tez-tez gənc nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında dayanaraq təhlükəsizlik qüvvələrini özlərinə hücum etməyə çağırırdılar. Eyni zamanda, Əmir Kəbir Universitetində və Tehrandakı digər ali təhsil müəssisələrində tələbələr həm təhlükəsizlik qüvvələrini, həm də rejim tərəfdarı tələbələri kampuslardan uğurla uzaqlaşdırdılar.

Panikaya düşmüş rejim etirazların ölkə üzrə yayılmasının qarşısını almaq ümidi ilə 31 dekabrı rəsmi tətil elan etdi. Bununla paralel olaraq, gecə saatlarında onlarla tələbə saxlanıldı və tələbə yataqxanalarının ətrafında etiraz aksiyaları keçirildi. Təhlükəsizlik qüvvələri real güllələrdən istifadə etməyə başladı və aksiyalara çıxan ilk gəncləri şəhid etdi. Lakin bu, gözlənilənin əksinə olaraq, gənclərin qəzəbini daha da artırdı.\

2018-ci ildən bəri İran iqtisadi tələblər əsasında davamlı etirazlar, yük maşını sürücüləri, müəllimlər, neft işçiləri və digər sahələri əhatə edən sektorlararası tətil dalğaları, eləcə də 2018, 2019 və 2022-ci illərdə gənclərin öncüllük etdiyi ümumölkə miqyaslı ayaqlanmalarla səciyyələnən intensiv sinfi mübarizə dövrü yaşadı. Bu hərəkatların hamısı — o cümlədən dörd ay davam edən, demək olar ki, hər şəhər və qəsəbəyə yayılan, lakin işçi sinfinə dərindən nüfuz edə bilməyən 2022-ci il “Qadın, Həyat, Azadlıq” ayaqlanması — nəticə etibarilə uğursuzluqla nəticələndi.

Bəzi müstəqil işçi təşkilatları — Yük Maşını Sürücüləri Həmkarlar İttifaqı, İran Müəllimlər Həmkarlar İttifaqları Koordinasiya Şurası və Haft Təppə Şəkər Qamışı İşçiləri Həmkarlar İttifaqı — etirazlara dəstək verdiklərini bəyan etdilər. Lakin təkcə dəstək bəyanatları kifayət deyil. Bu cür açıqlamalar 2022-ci ildə də verilmişdi. Hətta işçilər tərəfindən ümumi tətil cəhdləri də olmuşdu. Ancaq aydın və konkret bir sinfi alternativ mövcud deyildi; bu isə xüsusilə Qərb imperialistlərinin hərəkatı öz maraqları naminə yönləndirməyə çalışdığı bir şəraitdə son dərəcə təhlükəli bir vəziyyət yaradır.

Qərb mediası hazırda İranda etirazçıları dəstəklədiyini göstərsə də, bizə görə bu prosesdən əsas qazanc gözləyən tərəf İsraildir. İsrail İranla bağlı planlarını açıq şəkildə nümayiş etdirir və bu aksiyalara dəstək verərək monarxiya ilə əməkdaşlığını gizlətmir. Qərb mediası da Venesuelada olduğu kimi, “etirazçılar Şahı istəyir” tezisi ilə legitimlik yaratmağa çalışır.

Bu ayaqlanmada dezinformasiya səviyyəsi əvvəlkilərlə müqayisədə ölçüyəgəlməz dərəcədə yüksəkdir. Instagram və X platformaları monarxist-liberal təbliğatla doludur və real xəbərlə saxta xəbəri ayırd etmək olduqca çətinləşib.

Bu narrativlər İslam Respublikasının təbliğat arsenalına da xidmət edir və reallıqla heç bir əlaqəsi yoxdur. İran xalqı Şah rejiminin dəhşətini unutmur. Bu arada İslam Respublikası repressiya və korrupsiya mexanizmlərini daha da təkmilləşdirir.

İşçilərlə gənclər arasındakı məsafənin əsas səbəblərindən biri də budur. İşçi sinfi gənclik ayaqlanmalarına simpatiya ilə yanaşsa da, imperialistlərə qarşı ehtiyatlıdır və rejimin süqutunun ölkəni hara aparacağından əmin deyil.

Bölgədəki azərbaycanlılara və digər azlıqlara gəldikdə isə, Azərbaycan sol hərəkatları və Cənubi Azərbaycan xalqı prosesə daha təmkinli yanaşır. Lakin qiymət artımlarının yaratdığı narazılıqlar fonunda yaxın günlərdə onların da aksiyalara qoşulması ehtimalı yüksəkdir. Azərbaycanlılar təşkilatsız olsa da, bu prosesin öz daxilində təşkilatlanma imkanı yaratdığını düşünürük.

Kürdüstan bölgəsində isə əhalinin böyük hissəsinin təşkilatlı olduğu və aksiyalara qatıldığı bildirilir. Əsas qüvvə olan PJAK hazırda dağlıq bölgələrdə vəziyyəti qiymətləndirir. Cənubi Azərbaycanla müqayisədə burada muxtar idarəçilik perspektivi daha real görünür.

2022-dən sonra İran feminist hərəkatının əsas şüarına çevrilən “Jin, Jiyan, Azadî” ilə qadınlar aksiyalarda fəal iştirak edir. Onların bəyanatı belədir:
(mətin olduğu kimi saxlanıldı)

İranda baş verənləri stalinist sol “Qərb oyunu” kimi dəyərləndirsə də, biz bu prosesi solun güclənmə ehtimalı və molla rejiminin süqut əlamətləri kimi görürük. İsrail məsələsində isə İranın artıq ciddi hərbi və regional güc itirdiyi, 2023-cü ildə İsrailin soyqırım xarakterli cavabları və Hizbullahın zəifləməsi ilə bu durumun daha da aydınlaşdığı görünür.

İrandakı bonapartist İslam rejimi bir vaxtlar dünya maliyyə sisteminə qarşı çıxaraq OPEC-dən ayrılmış, bunun əvəzini ağır sanksiyalarla ödəsə də, ölkə daxilindəki burjuvaziyanın gücünü kiçiltmək doğru olmaz.