
Orbanın məğlubiyyəti xalqın hökmüdür, amma Madyar zəhmətkeş xalqı düşünəcək şəxsdirmi?
Macarıstanda keçirilən seçkilərin nəticəsini sadəcə hakimiyyət dəyişikliyi kimi oxumaq səthi yanaşma olardı. Viktor Orbanın rəhbərlik etdiyi ultrasağ “Fides” partiyası 16 illik hakimiyyətdən sonra darmadağın oldu, Peter Madyarın təmsil etdiyi “Tisa” partiyası isə konstitusiyanı dəyişəcək həddə çatan parlament çoxluğu əldə etdi. Küçələrdə bayram ab-havası, rekord seçici fəallığı və rejim dəyişikliyi haqqında danışan liberal şərhlər bir həqiqəti…
