
Pakistan dərsləri: Azərbaycan zəhmətkeşləri Kəşmir üsyanından nə öyrənə bilərlər?
İstənilən ölkədə hakim siniflər xalqa daim dövlətin həddindən artıq güclü, zəhmətkeşlərin isə zəif, dağınıq və aciz olması ilə bağlı eyni yalanı danışırlar. İşçinin maaşı verilmirsə, şikayət etməsi, hüququ pozulursa, məhkəməyə müraciət etməsi, həyatı dözülməz hala gəlirsə, növbəti seçkini gözləməsi tövsiyə olunur. İnsanlara hər şey təklif edilir, yalnız birlikdə hərəkət etməkdən başqa. Pakistanın idarə etdiyi Cammu…

“AL Market”də istismarın yeni mərhələsi: iş saatları artırılır, narazı işçilər hədəfə alınır
“AL Market” özünü Azərbaycanın “sərt endirim” modelinin ilk tətbiqçilərindən biri kimi təqdim edir və “Azərsun”un pərakəndə şəbəkəsi olaraq geniş mağaza şəbəkəsi ilə çıxış edir. Amma işçilərdən redaksiyamıza daxil olan yeni məlumatlar göstərir ki, bu “ucuzluq” yenə kassadakı qiymət etiketlərindən yox, işçinin ömründən, sağlamlığından və ləyaqətindən çıxarılır. Rəflərdə görünən endirimin arxa planında əmək daha ucuz, işçi…
