
“AL Market”də istismarın yeni mərhələsi: iş saatları artırılır, narazı işçilər hədəfə alınır
“AL Market” özünü Azərbaycanın “sərt endirim” modelinin ilk tətbiqçilərindən biri kimi təqdim edir və “Azərsun”un pərakəndə şəbəkəsi olaraq geniş mağaza şəbəkəsi ilə çıxış edir. Amma işçilərdən redaksiyamıza daxil olan yeni məlumatlar göstərir ki, bu “ucuzluq” yenə kassadakı qiymət etiketlərindən yox, işçinin ömründən, sağlamlığından və ləyaqətindən çıxarılır. Rəflərdə görünən endirimin arxa planında əmək daha ucuz, işçi…

Azərbaycanda istirahət günləri həqiqətən çoxdur? Hökumətin sakitləşdirmə siyasəti, sahibkarların narazılığı və bayramlarda istismar edilən işçilər
Azərbaycanda rəsmi istirahət günlərinin çoxluğu tez-tez elə təqdim olunur ki, guya dövlət vətəndaşın rahatlığını xüsusi həssaslıqla düşünür. Təqvimə nəzər saldıqda bəzi ard-arda bayramlar, uzadılmış qeyri-iş günləri görünür və belə bir mənzərə yaradılır ki, sanki hakimiyyət xalqın dincəlməsini istəyir. Amma yaşadığımız sistemdə yalan və yanılma çoxdan həqiqətin yerini tutub. Təqvimdəki “qırmızı” günlərin çoxluğu hələ zəhmətkeşlərin insanca…

Azərbaycan xalqının öz polisini sevməsinin qarşısında duran maneələr: Polis qanunun keşiyindədir, ya hakimiyyətin dəyənəyidir?
“Tilov” serialında polis obrazını canlandıran aktyor Amid Qasımov son “Podkast kimi adam” kanalına müsahibəsində problemli fikir səsləndirərək Azərbaycan polisini hətta qüsurları olsa belə, hamının sevməli olmasını bildirib. İlk baxışda “pozitivlik” kimi təqdim edilməsi mümkün olan bu mövqe, əslində tənqid və sorğulamanı istəməyən, mövcud vəziyyətlə barışmağa təşviq edən ideoloji çağırışdır. Məsələ burasındadır ki, sevgi inzibati göstəriş…
