
ADRA-da dil ayrı-seçkiliyi: Azərbaycan bölməsininin tələbəsinə niyə “rus dilini öyrən” deyilir?
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinin tələbələrindən “Tələbə Mediası”na ciddi şikayət daxil olub. Tələbələrin bildirdiyinə görə, Azərbaycan bölməsində təhsil almalarına baxmayaraq, müəllimlərin əksəriyyəti dərsləri rus dilində keçir. Buna etiraz edən tələbələrə isə problemi həll etmək əvəzinə “rus dilini öyrənin” deyildiyi, bəzi hallarda onların alçaldıcı münasibətlə üzləşdiyi bildirilir. Şikayətin daha ağır tərəfi isə qiymətləndirmə ilə bağlıdır.…
