
“AL Market”də istismarın yeni mərhələsi: iş saatları artırılır, narazı işçilər hədəfə alınır
“AL Market” özünü Azərbaycanın “sərt endirim” modelinin ilk tətbiqçilərindən biri kimi təqdim edir və “Azərsun”un pərakəndə şəbəkəsi olaraq geniş mağaza şəbəkəsi ilə çıxış edir. Amma işçilərdən redaksiyamıza daxil olan yeni məlumatlar göstərir ki, bu “ucuzluq” yenə kassadakı qiymət etiketlərindən yox, işçinin ömründən, sağlamlığından və ləyaqətindən çıxarılır. Rəflərdə görünən endirimin arxa planında əmək daha ucuz, işçi…

Heydər Əliyev hansı siyasi ideologiyaya xidmət edirdi? “Böyük şəxsiyyət” mifinin arxasında gizlənən həqiqət
10 May Azərbaycanda Heydər Əliyevin doğum günü kimi qeyd edilir. Bu tarix hər il dövlət aparatının öz mənşəyini, legitimliyini və ideoloji üstünlüyünü yenidən nümayiş etdirdiyi mərasimə çevrilib. Bu mərasim artıq nəinki tarixi izah edir, hətta onun yerini tutan mif mahiyyəti daşıyır. Rəsmi ideologiya Heydər Əliyevi “böyük şəxsiyyət”, “dövlətin qurucusu”, “xalqın xilaskarı”, “ümummilli lider”, “ulu öndər”…

9 May kapitalın faşist zirehinin çatladığı gündür: Təşkilatlanmış insanlar cəhənnəm alovunu da söndürə bilər
Faşizm sadəcə Hitler və Mussolini kimi dəlilərin kabusu, hər hansı millətin xəstəliyi, yaxud hərbi manyakların təsadüfi qəddarlığı deyil. Faşizm kapitalizmin ən qaranlıq müdafiə mexanizmlərindən biridir. Kapitalizmdə böhran dərinləşəndə, işçi sinfi ayağa qalxanda, kapital sahibləri artıq köhnə parlament oyunları ilə hakimiyyətini qoruya bilməyəndə səhnəyə açıq zorakılıq, ölüm düşərgələri, hərbi intizam, irqçi miflər və təşkilatlanmış terror çıxırdı.…

Əvvəl gözünü aldılar, sonra azadlığını: Hacı Vəliyevə verilən hökm və müharibə dövlətinin riyakarlığı
Hacı Vəliyevə verilən 2 il 6 aylıq həbs cəzası bütöv siyasi əxlaqın, daha doğrusu, əxlaqsızlığın hökmüdür. Bu hökm bizə göstərir ki, kapitalist dövlət üçün insanın dəyəri onun canlı varlıq, əməkçi, vətəndaş, ata, oğul, yoldaş olmasında yox, onun hansı anda hansı funksiyanı yerinə yetirməsindədir. Müharibə vaxtı səngərdə lazımdırsa, “qəhrəman”dır, müharibədən sonra haqqını tələb edirsə, “problem”dir, küçədə…

Karl Marks 208 yaşında
Bəzi insanlar doğulduqları əsrdə qalır və unudulurlar, bəziləri isə elə doğulurlar ki, yaşadıqları əsr onların boyuna dar gəlir. Karls Marks ikinci qəbildəndir. O, XIX əsrin insanı olsa da, XXI əsrin qapısını döyən sualların çoxunu bizdən əvvəl formalaşdırmışdı. Niyə zənginlik artdıqca yoxsulluq yox olmur? Niyə texnika inkişaf etdikcə insan daha azad olmaq əvəzinə daha asılı hala…

1 May tələbənin də günüdür: diplomdan sonra bizi hansı əmək bazarı gözləyir?
1 May yalnız zavodlarda, tikintidə, ofislərdə, marketlərdə və xidmət sahəsində çalışanların günü deyil. 1 May həm də tələbələrin günüdür. Çünki bu gün auditoriyada oturan gənclər sabah əmək bazarının qapısı qarşısında dayanacaq və həmin qapının arxasında onları çox vaxt arzuladıqları peşə yox, aşağı maaş, ödənişsiz təcrübə, qeyri-sabit iş, “təcrübən yoxdur” bəhanəsi və diplomun getdikcə dəyərsizləşdiyi bir…

Tələbələrin arzusu şirkətlərin qazanc yerinə çevriləndə: xaricdə təhsil bazarının qaranlıq üzü
Heç kimə sirr deyil ki, Azərbaycanda bir çox tələbə və şagird təhsilin növbəti pilləsi üçün ölkə xaricinə üz tutur. Bu seçim təsadüfi deyil. Yerli təhsilin keyfiyyəti ilə bağlı narazılıqlar, akademik azadlığın məhdudluğu, məzunlar üçün karyera imkanlarının daralması və gələcəyə inamsızlıq gəncləri başqa ölkələrdə təhsil axtarmağa vadar edir. Təhsil sistemi gənclərə perspektiv verməyəndə kapitalist bazar münasibətləri…

28 Maydan 28 Aprelə: istiqlal romantikasından zəhmətkeşlərin hakimiyyətinə
28 Mayla 28 Aprel arasında fərq təkcə iki tarix arasındakı fərq deyil. Bu, iki azadlıq anlayışı arasındakı fərqdir. Birincisi azadlığı bayraq, parlament, diplomatik tanınma və milli dövlət forması kimi təqdim edir. İkincisi isə azadlığı hakimiyyətin kimin əlində olması, torpağın kimin istifadəsinə verilməsi, neftin kimə xidmət etməsi, qadının, fəhlənin və kəndlinin real həyatının necə dəyişməsi sualı…

QKU və BAAU-da müəllim işləyən Azər Qasımov barəsində şikayətlər: Azərbaycan təhsil sistemini utandıran susqunluq
Təhsil sistemi özünü ən çox məhz susduğu yerdə ifşa edir. Auditoriyalarda, dəhlizlərdə, rəsmi tədbirlərdə, pafoslu çıxışlarda yox, tələbə özünü müdafiəsiz hiss edəndə, narahatlığını dilə gətirməyə qorxanda, qarşısındakı müəllimin statusu onun səsini boğanda. Bu gün biz məhz belə bir tablo ilə üz-üzəyik. Və bu tablo bir müəllimin rəzilliyi və idbarlığı fonunda bütöv sistemin mənəvi səfalətini göstərir.…

İnqilabçı, filosof, nəzəriyyəçi: Lenin niyə bu gün də burjua dünyasını qorxudur?
Lenindən bəhs ediləndə elə bir beyin yada düşür ki, sonradan həmin təfəkkür milyonlarla insanın taleyinə qarışdı, siyasətin lüğətini dəyişdi, zülmü həyatın zəruri əsası kimi qəbul etməyə alışdırılmış xalq kütlələrinin qarşısında tarixə başqa cür baxmağın yolunu açdı. Hakim siniflərin Lenin haqqında yüz ildən artıqdır bu qədər təkidlə yalan danışması da bununla bağlıdır. İnsanlar çox vaxt yalnız…
