
Aqil Abbas və sistemin tələbələrlə bağlı əsl planı: ucuz əmək qüvvəsi, itaət və “könüllülük”
Aqil Abbasın tələbələrin yay tətilində Qarabağda işləməsi barədə fikirləri bir deputatın ehtiyatsız danışığı kimi qəbul edilə bilməz. Bu cür sözlər təsadüfən ortaya çıxmır. Onlar hakim təbəqənin tələbəyə necə baxdığını açıq göstərir və bu yanaşmada tələbə azad düşünən gənc yox, lazım gələndə səfərbər edilə bilən ucuz əmək ehtiyatıdır. Bu məsələdə əsas problem Qarabağda işləmək ideyası deyil.…

Futbol yox, korrupsiya üzrə dünya çempionatı
Futbol üzrə dünya çempionatı başlayanda ekranlarda bayraqlar dalğalanacaq, stadionlarda himnlər səslənəcək, sponsorlar insanlığı qucaqlayan reklam çarxları göstərəcək və aparıcılar bu nəhəng tamaşanı yenə futbol bayramı adlandıracaqlar, lakin parıltılı səhnənin arxasında başqa bir yarış – tenderlərin, viza rejimlərinin, polis baryerlərinin, bahalı biletlərin, görünməz əməyin və qlobal kapitalın yarışı gedir. Kapitalizm futbolu sadəcə sevimli oyun kimi saxlamır,…

Daxildə repressiya, xaricdə reklam: Azərbaycan hökumətinin 1,7 milyon manatlıq “Euronews” müqaviləsi hansı məqsədə xidmət edir?
Dövlət Turizm Agentliyinin Fransanın “Euronews” şirkəti ilə 1,7 milyon manatlıq müqavilə imzalaması ilk baxışda adi turizm imici təbliğatı kimi görünə bilər. Rəsmi izah da, yəqin ki, çox tanış olacaq. Guya Azərbaycan xaricdə təbliğ olunur, ölkənin təbiəti, mədəniyyəti, turizm imkanları və müasir siması beynəlxalq auditoriyaya çatdırılır. Amma bu cür izahlar yalnız dövlət press-relizlərinin havasız otaqlarında inandırıcı…

Uşaqpulu tənbəllik yaradır? 1 iyunda deputatın biabırçı məntiqinə marksist cavab
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə dövlət qurumlarının, məktəblərin, televiziyaların və sosial şəbəkələrin dili birdən-birə uşaq sevgisi ilə yumşalır, rəsmi təbriklərdə uşaqların gələcəyimiz olduğu deyilir, tədbirlər keçirilir, şarlar havaya buraxılır, uşaqlar səhnəyə çıxarılır, kamera qarşısında gülümsəyən simalar göstərilir və ölkə bir günlük elə humanist bər-bəzəyə bürünür ki, sanki uşaqlıq burada yoxsulluğun, sosial bərabərsizliyin, ailə…

28 May və həqiqi müstəqillik: AXC haqqında miflər kimə xidmət edir?
28 May məsələsində mərasim dili və tarixi həqiqət 28 May Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur. Rəsmi tarix bu günü milli iradənin saf təntənəsi, Azərbaycan Xalq Cümhuriyyətini isə xalqın azadlıq arzusunun mükəmməl siyasi forması kimi təqdim edir. Liberal romantiklər üçün AXC itirilmiş demokratik cənnətdir, dövlət ideoloqları üçün isə indiki hakimiyyəti keçmişin “milli dövlətçilik” xəttinə bağlamaq…

Kamal Abdulla Azərbaycan təhsilinin diaqnozu kimi
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qadınlarla bağlı fikirləri son günlər haqlı narazılıq doğurub. O bildirib ki, qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Kamal Abdullanın sözlərinə görə, xüsusi istedadı ilə müəyyən sahələrdə özünü göstərə bilən qadınlar istisna ola bilər, lakin cəmiyyətin istiqaməti qadını evdə, mətbəxdə və ailə qayğısında saxlamağa yönəlsə, bu, Azərbaycan cəmiyyətinə…

Azərbaycanda təhsil hamı üçündürmü Məktəb və universitetlərdə görünməyən homofobiya
17 may Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Beynəlxalq Gün kimi qeyd olunur. Bu gün LGBTQI+ və ya daha geniş işlənən ifadə ilə kuir insanların üzləşdiyi problemləri görünən etmək, həmrəylik və kollektiv fəaliyyət üçün beynəlxalq məqam yaratmaq məqsədi daşıyır. Azərbaycanda isə bu tarix məktəbdə, universitetdə, ailədə və küçədə “fərqli görünmə”nin hələ də cəza səbəbi sayıldığı sosial…

Yağış Bakının “Dayanıqlı şəhər” yalanını yenidən ifşa etdi: WUF13, COP29 və hökumətin riyakar maskasının cırılması
Bakıda yağışın yağması ilə şəhər yenə dünyanın gözündə yaratmağa çalışdığı rəsmi obrazından uzaqlaşdı. Bir neçə saatlıq yağıntı kifayət etdi ki, “müasir paytaxt”, “dayanıqlı şəhər”, “qlobal tədbirlər mərkəzi” və “beynəlxalq nüfuz” kimi ifadələrin altında gizlənən reallıq üzə çıxsın və məlum olsun ki, Bakı insanların ehtiyaclarına görə yox, siyasi vitrin və kapital marağına əsasən idarə olunur. Bu…

Homofobiya və kapitalist ailə: Nifrətin sinfi-siyasi anatomiyası
Homofobiya Azərbaycanda çox vaxt açıq nifrət kimi yox, “normal düşüncə” kimi yaşayır. İnsanlar bunu ideologiya saymır, bənzər düşüncələri daha çox ailə tərbiyəsi, milli dəyər, din, namus və ictimai əxlaq adı ilə həyatlarında yaşadır və tətbiq edirlər. Amma məhz bu “normal” hesab edilən məqam LGBTQİ+ insanları ailədə susmağa, məktəbdə gizlənməyə, küçədə qorxmağa və dövlətdə hüquqsuz qalmağa…

