
Orbanın məğlubiyyəti xalqın hökmüdür, amma Madyar zəhmətkeş xalqı düşünəcək şəxsdirmi?
Macarıstanda keçirilən seçkilərin nəticəsini sadəcə hakimiyyət dəyişikliyi kimi oxumaq səthi yanaşma olardı. Viktor Orbanın rəhbərlik etdiyi ultrasağ “Fides” partiyası 16 illik hakimiyyətdən sonra darmadağın oldu, Peter Madyarın təmsil etdiyi “Tisa” partiyası isə konstitusiyanı dəyişəcək həddə çatan parlament çoxluğu əldə etdi. Küçələrdə bayram ab-havası, rekord seçici fəallığı və rejim dəyişikliyi haqqında danışan liberal şərhlər bir həqiqəti…

Trampın İran fiaskosu: məğlubiyyətin “atəşkəs” adlı diplomatik maskası
İmperiyalar ən çox geri çəkiləndə gurultu salırlar. Tramp da əvvəlcə qələbə havası çaldı, “möhtəşəm iki gün” vəd etdi, sanki bölgəyə iradəsini qəbul etdirmiş güc daşıyıcısı kimi danışdı, amma 15 apreldəki mənzərə bu tamaşanın dekorunu uçurdu. Ortada nə qəti qələbə, nə sabitlik, nə də həqiqi sülh var. Ortada həqiqət ABŞ və İsrailin İranı diz çökdürmək istədikləri…

“Təhlükəsiz şəhər” yalanı: Bakıda kamera çoxluğunun sinfi mahiyyəti
Bakını kameralarladeyil, qorxuilə idarə edirlər Bakıda minlərlə kameranın quraşdırılması hakimiyyət tərəfindən “təhlükəsizlik”, “müasirlik”, “rahatlıq” kimi sözlərlə bəzədilir. Sanki küçənin başına bir kamera vurulan kimi şəhər daha ədalətli olur, insan daha rahat nəfəs alır, həyat da birdən-birə düzəlir, amma bu məzhəkənin saxta maskasını bir az qırağa itələyəndə tamam başqa mənzərə görünür. Həqiqət bundan ibarətdir ki, kameralar…

Bakı Ali Neft Məktəbində təzyiq mühiti: problemləri həll etməkdənsə söz azadlığını boğan universitet
Ölkənin nüfuzlu təhsil qurumlarından olan Bakı Ali Neft Məktəbinin tələbələri universitetdə baş verənlərdən narazıdırlar. Son günlərdə Bakıda yağan yağışa universitetin infrastrukturu tab gətirə bilməyib: həm universitet ərazisini su basıb, həm də elektriklər kəsilib. Bu səbəbdən nə tələbələr universitetə gedə bilir, nə də müəllimlər tələbələrin qiymətlərini sistemə daxil edə bilirlər. Semestrin son həftəsində tədris onlayn şəkildə…

Qərbi Kaspi Universitetinin hədəfi tələbələrin cibidir: Sinifli cəmiyyətin təhsildəki üzü
Yeni akademik il özündən əvvəlki tədris illərinin ləkələrini üzərində saxlayaraq, hətta zahiri də olsa, heç bir dəyişikliyə getmədən davam edir. Beləcə, təqvimin az qala hər ayında Azərbaycan universitetlərində tələbələr müxtəlif problemlərlə üzləşirlər. Onlar gah yataqxana, gah cinsi qısnama, gah inzibati heyətin özbaşınalığı, gah da təhsil haqlarının ödənilməsi məsələlərinə görə əziyyət çəkirlər. Heç kimə sirr deyil…

Knessetdən dar ağacı qanunu: İsrail fələstinlilər üçün edam rejimi yaradır
Qanunu adətən maddələrdən, bəndlərdən və prosedurlardan ibarət soyuq mətn kimi təsəvvür edirik. Amma son aylar dünyada baş verən narahatedici təbəddülatlı hadisələr göstərir ki, artıq liberalizm maskalarını atır və nə qədər ziddiyyətli görünsə də, qanunların dili açıq şəkildə hüquqi mahiyyət belə daşımır. Amma qanunu soyuq təsəvvür edəndə onun təsiri bəzən gözümüzdən qaçır, abstrakt qalır. Halbuki bəzi…

31 mart 1918-ci ildə, əslində, nə baş verib? YAP-ın yaratdığı “Azərbaycanlıların Soyqırımı Günü” mifinin sinfi anatomiyası
31 mart faciəsi haqqında niyə yenidən danışmaq lazımdır? 31 mart haqqında bəhs ediləndə ilk ayırd edilməli məsələ budur ki, söhbət uydurma hadisədən yox, sonradan dövlət ideologiyasına çevrilmiş real faciədən gedir. 1918-ci ilin martında Bakı və ətrafında müsəlman əhali kütləvi zorakılığa məruz qaldı, şəhər qanlı toqquşma və qırğın yaşadı. Amma “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”…

Azərbaycanda istirahət günləri həqiqətən çoxdur? Hökumətin sakitləşdirmə siyasəti, sahibkarların narazılığı və bayramlarda istismar edilən işçilər
Azərbaycanda rəsmi istirahət günlərinin çoxluğu tez-tez elə təqdim olunur ki, guya dövlət vətəndaşın rahatlığını xüsusi həssaslıqla düşünür. Təqvimə nəzər saldıqda bəzi ard-arda bayramlar, uzadılmış qeyri-iş günləri görünür və belə bir mənzərə yaradılır ki, sanki hakimiyyət xalqın dincəlməsini istəyir. Amma yaşadığımız sistemdə yalan və yanılma çoxdan həqiqətin yerini tutub. Təqvimdəki “qırmızı” günlərin çoxluğu hələ zəhmətkeşlərin insanca…

Azərbaycan xalqının öz polisini sevməsinin qarşısında duran maneələr: Polis qanunun keşiyindədir, ya hakimiyyətin dəyənəyidir?
“Tilov” serialında polis obrazını canlandıran aktyor Amid Qasımov son “Podkast kimi adam” kanalına müsahibəsində problemli fikir səsləndirərək Azərbaycan polisini hətta qüsurları olsa belə, hamının sevməli olmasını bildirib. İlk baxışda “pozitivlik” kimi təqdim edilməsi mümkün olan bu mövqe, əslində tənqid və sorğulamanı istəməyən, mövcud vəziyyətlə barışmağa təşviq edən ideoloji çağırışdır. Məsələ burasındadır ki, sevgi inzibati göstəriş…

