
QKU və BAAU-da müəllim işləyən Azər Qasımov barəsində şikayətlər: Azərbaycan təhsil sistemini utandıran susqunluq
Təhsil sistemi özünü ən çox məhz susduğu yerdə ifşa edir. Auditoriyalarda, dəhlizlərdə, rəsmi tədbirlərdə, pafoslu çıxışlarda yox, tələbə özünü müdafiəsiz hiss edəndə, narahatlığını dilə gətirməyə qorxanda, qarşısındakı müəllimin statusu onun səsini boğanda. Bu gün biz məhz belə bir tablo ilə üz-üzəyik. Və bu tablo bir müəllimin rəzilliyi və idbarlığı fonunda bütöv sistemin mənəvi səfalətini göstərir.…

Qərbi Kaspi Universitetinin hədəfi tələbələrin cibidir: Sinifli cəmiyyətin təhsildəki üzü
Yeni akademik il özündən əvvəlki tədris illərinin ləkələrini üzərində saxlayaraq, hətta zahiri də olsa, heç bir dəyişikliyə getmədən davam edir. Beləcə, təqvimin az qala hər ayında Azərbaycan universitetlərində tələbələr müxtəlif problemlərlə üzləşirlər. Onlar gah yataqxana, gah cinsi qısnama, gah inzibati heyətin özbaşınalığı, gah da təhsil haqlarının ödənilməsi məsələlərinə görə əziyyət çəkirlər. Heç kimə sirr deyil…

Qərbi Kaspi Universitetində növbəti rəzillik: Müəllim işdən əsassız çıxarılıb
Qərbi Kaspi Universiteti bir daha qalmaqalla gündəmdədir. Bu ali məktəb əvvəllər də tələbə və müəllimlərin hüquqlarını pozması ilə diqqət çəkmişdi. İndi isə marksist baxışları ilə tanınan müəllim Yusif Yusifzadə cəmi 3 gün dərs dedikdən sonra əsassız olaraq işdən azad edilib. Müəllim sosial şəbəkə hesabında yazıb: “15 sentyabrda işə qəbul olundum, dərs dedim. Amma nə müqavilə…
