
Dünyəvilik adı ilə məktəb qapısını bağlamaq: hicab qadağasına sinfi baxış
Azərbaycanda məktəbli geyimi ilə bağlı yeni qaydaların tətbiqindən sonra hicablı şagirdlərin məktəbə buraxılmaması barədə görüntülər yayılır. Burada əvvəlcə mühüm hüquqi detalı dəqiqləşdirmək lazımdır, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarında “hicab qadağandır” ifadəsi yoxdur. Qərar məktəbli formasının vahidliyini pozan və “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri”nə yol verilmədiyini bildirir.…

ADRA-da dil ayrı-seçkiliyi: Azərbaycan bölməsininin tələbəsinə niyə “rus dilini öyrən” deyilir?
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinin tələbələrindən “Tələbə Mediası”na ciddi şikayət daxil olub. Tələbələrin bildirdiyinə görə, Azərbaycan bölməsində təhsil almalarına baxmayaraq, müəllimlərin əksəriyyəti dərsləri rus dilində keçir. Buna etiraz edən tələbələrə isə problemi həll etmək əvəzinə “rus dilini öyrənin” deyildiyi, bəzi hallarda onların alçaldıcı münasibətlə üzləşdiyi bildirilir. Şikayətin daha ağır tərəfi isə qiymətləndirmə ilə bağlıdır.…

Azərbaycan təhsili təhlükəsiz yer deyil. Diqqətli olun, əziz tələbələr və problemlərinizi bizimlə bölüşün
15 sentyabrda minlərlə gənc universitet və kolleclərin qapısından içəri daxil olur. Yeni auditoriyalar, yeni müəllimlər, yeni tanışlıqlar və gələcəklə bağlı böyük gözləntilər başlayır. Tələbələr universitetin qapısından keçərkən təhsil müəssisəsinə daxil olmaqla eyni zamanda , qiymətlərinə, davamiyyətlərinə, təqaüdlərinə, imtahanlarına, diplomlarına və nəticə etibarilə gələcək imkanlarına təsir edə bilən bütöv inzibati mexanizmlə münasibətə girirlər. Bu səlahiyyətlər tələbələrin…

Kamal Abdulla Azərbaycan təhsilinin diaqnozu kimi
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qadınlarla bağlı fikirləri son günlər haqlı narazılıq doğurub. O bildirib ki, qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Kamal Abdullanın sözlərinə görə, xüsusi istedadı ilə müəyyən sahələrdə özünü göstərə bilən qadınlar istisna ola bilər, lakin cəmiyyətin istiqaməti qadını evdə, mətbəxdə və ailə qayğısında saxlamağa yönəlsə, bu, Azərbaycan cəmiyyətinə…

1 May tələbənin də günüdür: diplomdan sonra bizi hansı əmək bazarı gözləyir?
1 May yalnız zavodlarda, tikintidə, ofislərdə, marketlərdə və xidmət sahəsində çalışanların günü deyil. 1 May həm də tələbələrin günüdür. Çünki bu gün auditoriyada oturan gənclər sabah əmək bazarının qapısı qarşısında dayanacaq və həmin qapının arxasında onları çox vaxt arzuladıqları peşə yox, aşağı maaş, ödənişsiz təcrübə, qeyri-sabit iş, “təcrübən yoxdur” bəhanəsi və diplomun getdikcə dəyərsizləşdiyi bir…

Tələbələrin arzusu şirkətlərin qazanc yerinə çevriləndə: xaricdə təhsil bazarının qaranlıq üzü
Heç kimə sirr deyil ki, Azərbaycanda bir çox tələbə və şagird təhsilin növbəti pilləsi üçün ölkə xaricinə üz tutur. Bu seçim təsadüfi deyil. Yerli təhsilin keyfiyyəti ilə bağlı narazılıqlar, akademik azadlığın məhdudluğu, məzunlar üçün karyera imkanlarının daralması və gələcəyə inamsızlıq gəncləri başqa ölkələrdə təhsil axtarmağa vadar edir. Təhsil sistemi gənclərə perspektiv verməyəndə kapitalist bazar münasibətləri…

Bakı Ali Neft Məktəbində təzyiq mühiti: problemləri həll etməkdənsə söz azadlığını boğan universitet
Ölkənin nüfuzlu təhsil qurumlarından olan Bakı Ali Neft Məktəbinin tələbələri universitetdə baş verənlərdən narazıdırlar. Son günlərdə Bakıda yağan yağışa universitetin infrastrukturu tab gətirə bilməyib: həm universitet ərazisini su basıb, həm də elektriklər kəsilib. Bu səbəbdən nə tələbələr universitetə gedə bilir, nə də müəllimlər tələbələrin qiymətlərini sistemə daxil edə bilirlər. Semestrin son həftəsində tədris onlayn şəkildə…

Qərbi Kaspi Universitetinin hədəfi tələbələrin cibidir: Sinifli cəmiyyətin təhsildəki üzü
Yeni akademik il özündən əvvəlki tədris illərinin ləkələrini üzərində saxlayaraq, hətta zahiri də olsa, heç bir dəyişikliyə getmədən davam edir. Beləcə, təqvimin az qala hər ayında Azərbaycan universitetlərində tələbələr müxtəlif problemlərlə üzləşirlər. Onlar gah yataqxana, gah cinsi qısnama, gah inzibati heyətin özbaşınalığı, gah da təhsil haqlarının ödənilməsi məsələlərinə görə əziyyət çəkirlər. Heç kimə sirr deyil…

Universitet diplomu ilə kassa arxasına: Azərbaycanda məzunlar niyə öz ixtisasları üzrə işləyə bilmirlər?
Bu yaxınlarda Dövlət Məşğulluq Agentliyinin yaydığı rəqəmlər cəmiyyətdə haqlı narahatlıq yaratdı. 2018-2023-cü illərdə Azərbaycanda universitet məzunlarının sayı təxminən 121 min nəfər olub, halbuki onların yalnız 71 min nəfəri iş tapa bilib. İş tapanların da önəmli hissəsinin supermarketlərdə çalışdığı, 58 faizinin isə 400 manatdan aşağı maaş aldığı bildirilib. Bu rəqəmlər məşğulluq problemini göstərməklə yanaşı daha dərin…
