Qadınlara qarşı zorakılıq ailə problemi yox, sinfi diktaturadır
Dünyanın bir çox yerində 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü küçələrdə şüarlarla, yürüşlərlə, feminist və sol hərəkatların etirazları ilə qeyd olunarkən, bizim ölkədə rəsmi ideologiya ailə dəyərləri haqqında pafoslu çıxışlar edir, amma həmin ailələrdə döyülən, boğulan, bıçaqlanan, yandırılan qadınların adını çəkməməyə çalışır. Televiziyalarda toy-biznes, “İnstaqram ailələri”, yalançı xoşbəxtlik şousu gedir, eyni saatlarda isə…
Xalqlar niyə ayağa qalxır? Nepal və dünyanın yeni üsyan coğrafiyası
Dünya son onilliklərdə ardıcıl etiraz dalğalarının şahidi olur. 2025-ci ilin sentyabrında Nepalda sosial media qadağalarına, korrupsiyaya və nepotizmə qarşı başlayan kütləvi etirazlar əslində neoliberalizmin Asiya miqyasında necə böhran yaratdığının nümunəsidir. Burada ən diqqətçəkən cəhət gənclərin, yəni “Gen Z”in əsas qüvvəyə çevrilməsidir. Nepal hökuməti sosial mediaya qadağa qoyaraq, gənclərin həm ifadə, həm də təşkilatlanma vasitəsini əlindən…
Neftçilər günü fonunda paradoks: SOCAR-ın İtaliyada zavod alması və Azərbaycanda 31 500 iş yerini bağlanması
2001-ci ildən etibarən Azərbaycan hər il bu gün Neftçilərin bayramı kimi qeyd edilir. Televiziya ekranlarında pafoslu reportajlar, afişalarda gülümsəyən fəhlə şəkilləri, tribunadan oxunan tərifli sözlər… Amma bu pafosun fonunda acı həqiqət gizlənir: bir tərəfdə SOCAR-ın İtaliyada 2,5 milyard avro dəyəri olan “Italiana Petroli” neft emalı zavod alması xəbəri, digər tərəfdə isə SOCAR tərəfindən Azərbaycanda son…
Meksika etirazları: narkomüharibə, femisid və kapitalizmin qana batmış laboratoriyası
Meksikada yeni etiraz dalğası baş verir və küçələrə çıxan minlərlə insanın əlində tutduğu plakatlarda korrupsiya, zorakılıq, kartellər, “Morena rədd olsun” şüarlarını görmək mümkündür. Formal olaraq, söhbət yalnız anti-korrupsiya aksiyalarından getsə də, əslində bu, Meksika cəmiyyətinin illərlə yığılan ziddiyyətlərinin partlamasıdır. Bu hadisələrə marksist baxış bizi “pis məmurlar” və “yaxşı islahatlar” səviyyəsindən çıxarıb, Meksikanı periferik kapitalizmin laboratoriyası…
Maskalarını atmış imperialism: Venesuela presedenti və növbədəki ölkələr
ABŞ-ın 3 yanvar 2026-cı il əməliyyatı ilə Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının ələ keçirildiyini Trampın elan etməsi, ardınca da “ABŞ Venesuelanı müvəqqəti idarə edəcək” deməsi, əslində, imperializmin özünü gizlətmədən danışdığı nadir anlardan biridir. İdeoloji pərdəni yırtan detallar isə tamamilə iqtisadidir: Trampın Venesuelanın neft sənayesində ABŞ-nin “çox güclü şəkildə iştirak edəcəyini” vurğulaması klassik “demokratiya…
Mamdaninin qələbəsi insanların sosializmə ehtiyacının təzahürü kimi
Nyu-York 5 noyabr 2025-də tarix yazdı, 34 yaşlı “Demokratik Sosialistlər Amerikası” üzvü Zohran Mamdani şəhərin 111-ci meri seçildi. Bu, ABŞ siyasətində həm nəsil, həm də ideoloji dəyişimin açıq siqnalıdır. Əsas rəqibləri Endryu Kuomo və Kurtis Slivanı geridə qoyan Mamdani təkcə seçki texnikası ilə yox, yaşayış xərclərini real olaraq azaltmağı hədəfləyən proqramı ilə qalib gəldi. Beləliklə,…
Madaqaskar nümunəsi Azərbaycan üçün niyə aktualdır? Etirazların və prezidentin qaçmasının səbəbləri
Dünya mediası Madaqaskarı “Afrikanın ada-möcüzəsi”, “bioçeşidliliyin cənnəti” kimi təsvir edir. Lakin bu cənnət obrazının altında kapitalizmin ən vəhşi, kolonial laboratoriyası, yəni istismarın tropik vitrini gizlənir. Burada istehsal münasibətləri nə Avropadakı kimi sənayeləşmiş, nə də sosialist sistemlərdəki kimi kollektiv xarakter daşıyır; burada imperialist güclərin qlobal istismarı ilə yerli oliqarxiyanın yarı-feodal korrupsiyası birləşib. Prezident Andri Radzuelina bu…
Kapitalizm vitrininin arxası: bərabər başlanğıc şərtlər olmur
Bakı mərkəzində yeniyetmələr Əli və Mikayıl Ağalarovlara “ilk filial” açdıran şoular bir cümləyə yığıla bilər: vitrinin parıltısı başlanğıc şərtlərini gizlədir. Həqiqət isə kobuddur, kapitalizmdə eyni xətdə start yoxdur. Kiməsə familia, media və start kapitalı miras qalır, kiməsə bərbad təhsil və sıxılmış sosial liftlər. Məsələn, Azərbaycanda 15-24 yaş qrupunda gənclər işsizliyi 2024-cü ildə 13.7% təşkil edib.…
İctimai nəqliyyat 60 qəpik oldu. Niyə qiymətlər davamlı şəkildə artır
Mətbuatda oktyabrın 1-dən etibarən metro və bir sıra avtobus marşrutlarında gediş haqqının 60 qəpik olacağına dair xəbərlər yayılıb. Bəlkə də, bu, ilk baxışdan cəmi 10 qəpiklik artım cüzi görünür, lakin işçi sinfi üçün hər gün sadəcə iki dəfə metroya minmək aylıq 6 manat artıq xərc deməkdir, dörd nəfərlik ailədə isə bu məbləğ artıq 20-25 manata…
Hökumətin yeni il tərbriki: Benzin və dizelin qiyməti indi niyə artırıldı?
Yeni il ərəfəsində hökumət bizə klassik “təbrik kartı” göndərdi: kartın üstündə bəzəkli küknar ağacı olsa da, içində quru rəqəmlər gözləyir. Aİ-92 benzinin litri 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə qalxır, dizel isə 1 manatdan 1 manat 10 qəpiyə. Üstəlik, qanunvericiliyə edilən dəyişikliklə “yol vergisi” hər litr üçün 7 qəpik müəyyənləşdirilir. Adı “yol”dur, amma…
