“Formula 1” 2030-dək Azərbaycandadır: Sürət maskaradının kölgəsindəki astagəl həqiqət
Bakı küçələrinin daş döşəmələri üzərindən mühərrik uğultusu keçəndə sanki şəhərin nəfəsi dəyişir. Qədim İçərişəhərin divarları, minillərin sükutunu qoruyan məscidlər və saraylar birdən-birə texnogen gurultunun kölgəsində qalır. Dünya televiziyalarında parıltılı kadrlar görünür, sanki Şərqlə Qərbin kəsişdiyi yerdə müasirlik və zənginlik əl-ələ verib xalqa tamaşa qurur. Amma hər tamaşanın arxasında görünməyən aktyorlar olur. Burada bu rolu xalqın…
Dünya maliyyə imperiyasının təmizlik ili: 2026
2026 çox sürətli bir şəkildə başladı: Venesuellada Maduronun oğurlanması, Rojavaya HTŞ terror təşkilatı tərəfindən hücum və İrandakı aksiyalar. Fərqinə vardınızsa, bu hadisələrin hamısı radikal sağın və böyük maliyyə tiranlarının hədəflərinə uyğun şəkildə formalizasiya olunub. Müqavimət media və Azərbaycan azad sosialistləri olaraq bu prosesin necə yarandığını və addımlarını izah edəcəyik. Radikal sağın 2022-dən etibarən güclənməsi ilə…
Böyük Oktyabr İnqilabı 108 yaşında! Kapitalizmin alternativi var
Bu gün xatırladığımız hadisə təkcə tarix dərsinin mövzusu deyil. 1917-ci il noyabrın 7-si səhər saatlarında Petroqradda Hərbi-İnqilab Komitəsi Leninin “Rusiya vətəndaşlarına!” müraciətini yayımladı: “Müvəqqəti hökumət devrildi… sülhün dərhal təklifi, torpaq mülkiyyətinin ləğvi, işçilərin istehsal üzərində nəzarəti, Sovet hökumətinin yaradılması təmin edildi”. Beləcə, sosializm abstrakt nəzəriyyə yox, siyasi praktika oldu: sovetlərə söykənən, proletariat diktaturası formasında qurulan…
Bolqarıstanda “Avropa sabitliyi” mifi çökdü: Etirazların Azərbaycan burjuaziası üçün sərt dərsləri
“Avropa İttifaqının üzvü olmaq hər şeyin “Qərb standartlarına” uyğun, steril, texnokratik, səliqəli aparıldığı nizam deməkdir” mifinin onilliklərlə yaşı var. Bolqarıstanda baş verən etirazlar bu yalanın üzərinə balta kimi düşdü, nəticədə rəngli broşürlərdəki Avropa görüntüsü bir anın içində dağıldı, tozlu küçələrdə polisin dəyənəyi və gənclərin “bəsdir artıq!” çığırtısı eşidildi. Kapitalizmin “mədəni üzü” ilə “real üzü” arasında…
Yeni qanunun əsl hədəfi kimdir? Dövlət bədənimizi və sözümüzü nəzarətə götürür
Hakim siniflər tarix boyu eyni fəndə yol veriblər və cəmiyyətin sözünü, bədənini, davranışlarını nəzarətə götürmək istəyəndə bunu heç vaxt “kapitalist istismarını qorumaq” adı ilə etməyiblər. Həmişə “əxlaq”, “milli dəyərlər”, “ictimai təhlükəsizlik”, “xalqın mənəviyyatı” kimi daha “yüksək” sözlər tapıblar. Əslində formul bəsitdir: əvvəl ideoloji aparat vasitəsilə “ictimai narahatlıq” uydurulur, sonra həmin narahatlıq bəhanəsi ilə azadlıqlar boğulur.…
Ağ Evin qanlı manifesti:Çarli Kirkin ölümü və “Müharibə Nazirliyi”
Siyasətində təsadüf yoxdur. Xüsusilə də söhbət ABŞ-dan gedirsə. Ağ Evin ətrafında hər qəfil ölüm, hər “ad dəyişikliyi” imperiyanın qapalı otaqlarında hazırlanan böyük planların parçasıdır. Çarli Kirkin qəfil qətli belə planın hissəsi olmasa belə, rəsmi Vaşinqton üçün bir çox cəbhədə faydalıdır: daxildə müxalif səsləri susdurmaq, kütlələrin enerjisini boğmaq və yeni bir mərhələyə – açıq müharibə kursuna…
Ağ Evdə sülh şousu: Pərdənin arxasındakı sinfi maraqlar
8 avqust 2025-ci ildə Ağ Evdə İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə imzalanan sülh sazişi ABŞ mediası tərəfindən “tarixi dönüş nöqtəsi” kimi təqdim olundu. Rəsmi Vaşinqton, Moskva və Brüssel arasında uzun illərdir davam edən vasitəçilik rəqabətində ilk dəfə olaraq ABŞ açıq şəkildə dominant mövqeyə çıxmış oldu. Lakin marksist analiz göstərir ki, bu…
“AzParking” nümunəsi: Azərbaycanda əmək münasibətlərinin sinfi anatomiyası
Azərbaycan cəmiyyətində gündəlik xəbərlər çox zaman oxucunun zehnində tez sönən qığılcımlar kimi keçir gedir. Amma bəzən hansı hansı məlumatın içində gizlənən həqiqət bütöv sistemin iyrənc anatomiyasını açıb göstərir. Dünən “AzParking” MMC ilə bağlı yayılan xəbər də məhz belələrindəndir. İşçilərə 8 saatlıq iş günü ərzində cəmi bir dəfə tualet və çay fasiləsi verilməsi kapitalizmin işçiyə baxışının…
İnqilabi Kommunist İnternasionalın Manifesti
1938-ci ildə böyük rus inqilabçısı Lev Trotski yazmışdı: “Bəşəriyyətin tarixi böhranının mahiyyəti inqilabi rəhbərliyin böhranında ifadə olunur”. Bu sözlər yazıldığı gün qədər bu gün də doğru və aktualdır. XXI əsrin üçüncü onilliyində kapitalist sistem özünü ekzistensial böhran keçirir. Belə hallar tarixdə heç də qeyri-adi hesab edilmir. Onlar göstərir ki, mövcud ictimai-tarixi sistem öz sərhədlərinə çatıb…

Qərbi Kaspi Universitetində növbəti rəzillik: Müəllim işdən əsassız çıxarılıb
Qərbi Kaspi Universiteti bir daha qalmaqalla gündəmdədir. Bu ali məktəb əvvəllər də tələbə və müəllimlərin hüquqlarını pozması ilə diqqət çəkmişdi. İndi isə marksist baxışları ilə tanınan müəllim Yusif Yusifzadə cəmi 3 gün dərs dedikdən sonra əsassız olaraq işdən azad edilib. Müəllim sosial şəbəkə hesabında yazıb: “15 sentyabrda işə qəbul olundum, dərs dedim. Amma nə müqavilə…
