• Azərbaycan xalqının öz polisini sevməsinin qarşısında duran maneələr: Polis qanunun keşiyindədir, ya hakimiyyətin dəyənəyidir?

    Azərbaycan xalqının öz polisini sevməsinin qarşısında duran maneələr: Polis qanunun keşiyindədir, ya hakimiyyətin dəyənəyidir?

    “Tilov” serialında polis obrazını canlandıran aktyor Amid Qasımov son “Podkast kimi adam” kanalına müsahibəsində problemli fikir səsləndirərək Azərbaycan polisini hətta qüsurları olsa belə, hamının sevməli olmasını bildirib. İlk baxışda “pozitivlik” kimi təqdim edilməsi mümkün olan bu mövqe, əslində tənqid və sorğulamanı istəməyən, mövcud vəziyyətlə barışmağa təşviq edən ideoloji çağırışdır. Məsələ burasındadır ki, sevgi inzibati göstəriş…

  • Əhməd Məmmədliyə 6 il həbs verildi: Rejim siyasi fəalları niyə belə rahat həbs edə bilir?

    Əhməd Məmmədliyə 6 il həbs verildi: Rejim siyasi fəalları niyə belə rahat həbs edə bilir?

    Bakı Ağır Cinayətlər Məhkəməsi siyasi fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədliyə 6 il həbs cəzası verdi. Bu hökmə yalnız bir nəfərin taleyi kimi baxmaq siyasi korluq olardı. Azərbaycan hakimiyyəti niyə bir siyasi fəalı, jurnalisti və ya narazı səsi bu qədər rahat şəkildə cinayətkar kimi təqdim edə bilir? Cavab sadədir. Söhbət ayrıca hansısa pis məmurdan…

  • Azər Qasımlıya 12 il həbs: Söz azadlığının cinayət sayıldığı rejim

    Azər Qasımlıya 12 il həbs: Söz azadlığının cinayət sayıldığı rejim

    Bu gün – 11 mart 2026-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azər Qasımlıya 12 il həbs verildi. Məhkəmə prosesində prokuror onun üçün 13 il cəza istəmişdi, Azər Qasımlı isə daha əvvəl irəli sürülən ittihamları qəbul etməmişdi. Fakt budur və bu faktı yumşaltmağa çalışan hər cümlə gerçəkliyi gizlətməkdən başqa bir işə yaramır. Bu hökmün təsir…

  • Kobanidə müqavimət davam edir: İmperializm, regional rejimlər və səbəblər

    2026-cı ilin 18-21 yanvar tarixlərində Suriyanın şimal-şərqindəki qüvvələr nisbətini dəyişdi: Prezident Əhməd əş-Şaraanın rəhbərlik etdiyi, mənşəyi “Heyət Təhrir əş-Şam” terrorçu qruplaşmasına dayanan Şam hökuməti Rəqqa və Deyr əz-Zor daxil olmaqla bir sıra ərazilərdə irəlilədi, Suriya Demokratik Qüvvələri (SDQ, ingiliscəsi SDF) isə əsasən kürd-əksəriyyətli rayonlara çəkildi. ABŞ-nin xüsusi elçisi və prezident Donald Trampın yaxın müttəfiqi Tom…

  • Sülh bazarının qanuni alveri: İsrail, ABŞ və müharibə kapitalizmi

    Bu gün Bakı vaxtı ilə saat 12:00-da Qəzza üzərində səssizlik endi, dronların səsi, sirenlərin iniltiləri, bombaların partlayışları dayandı. Qəzetlər yazır ki, İsrail və Həmas arasında atəşkəs razılaşması imzalanıb. Donald Tramp bu xəbəri öz sosial şəbəkəsində paylaşaraq “bütün girovların azadlığına doğru tarixi addım” adlandırıb. Lakin əgər tarix bizə nəyisə öyrədibsə, o da budur: kapitalın dili ilə…

  • Stomatoloqların etirazı Azərbaycan səhiyyəsi haqqında hansı həqiqətləri göstərir?

    Bir neçə gün öncə Bakının mərkəzində bir qrup stomatoloq TƏBİB binasının qarşısına yığışıb “ixtisarı ləğv edin” deyə etiraz aksiyası keçirdi. Bu, son illər “islahat” adı ilə gedən prosesin real fəlsəfəsini, yəni səhiyyənin sosial hüquqdan çıxarılıb “xərci optimallaşdırılan xidmət paketinə” çevrilməsini açıq şəkildə üzə çıxaran epizoddur. Hətta rəsmi izahların özündə “xidmət səviyyəsi”, “iqtisadi faydalılıq”, “səmərəsizlik” kimi…

  • Xalqlar niyə ayağa qalxır? Nepal və dünyanın yeni üsyan coğrafiyası

    Dünya son onilliklərdə ardıcıl etiraz dalğalarının şahidi olur. 2025-ci ilin sentyabrında Nepalda sosial media qadağalarına, korrupsiyaya və nepotizmə qarşı başlayan kütləvi etirazlar əslində neoliberalizmin Asiya miqyasında necə böhran yaratdığının nümunəsidir. Burada ən diqqətçəkən cəhət gənclərin, yəni “Gen Z”in əsas qüvvəyə çevrilməsidir. Nepal hökuməti sosial mediaya qadağa qoyaraq, gənclərin həm ifadə, həm də təşkilatlanma vasitəsini əlindən…

  • Neftçilər günü fonunda paradoks: SOCAR-ın İtaliyada zavod alması və Azərbaycanda 31 500 iş yerini bağlanması

    2001-ci ildən etibarən Azərbaycan hər il bu gün Neftçilərin bayramı kimi qeyd edilir. Televiziya ekranlarında pafoslu reportajlar, afişalarda gülümsəyən fəhlə şəkilləri, tribunadan oxunan tərifli sözlər… Amma bu pafosun fonunda acı həqiqət gizlənir: bir tərəfdə SOCAR-ın İtaliyada 2,5 milyard avro dəyəri olan “Italiana Petroli” neft emalı zavod alması xəbəri, digər tərəfdə isə SOCAR tərəfindən Azərbaycanda son…

  • Meksika etirazları: narkomüharibə, femisid və kapitalizmin qana batmış laboratoriyası

    Meksikada yeni etiraz dalğası baş verir və küçələrə çıxan minlərlə insanın əlində tutduğu plakatlarda korrupsiya, zorakılıq, kartellər, “Morena rədd olsun” şüarlarını görmək mümkündür. Formal olaraq, söhbət yalnız anti-korrupsiya aksiyalarından getsə də, əslində bu, Meksika cəmiyyətinin illərlə yığılan ziddiyyətlərinin partlamasıdır. Bu hadisələrə marksist baxış bizi “pis məmurlar” və “yaxşı islahatlar” səviyyəsindən çıxarıb, Meksikanı periferik kapitalizmin laboratoriyası…

  • Maskalarını atmış imperialism: Venesuela presedenti və növbədəki ölkələr

    ABŞ-ın 3 yanvar 2026-cı il əməliyyatı ilə Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının ələ keçirildiyini Trampın elan etməsi, ardınca da “ABŞ Venesuelanı müvəqqəti idarə edəcək” deməsi, əslində, imperializmin özünü gizlətmədən danışdığı nadir anlardan biridir. İdeoloji pərdəni yırtan detallar isə tamamilə iqtisadidir: Trampın Venesuelanın neft sənayesində ABŞ-nin “çox güclü şəkildə iştirak edəcəyini” vurğulaması klassik “demokratiya…