Mamdaninin qələbəsi insanların sosializmə ehtiyacının təzahürü kimi
Nyu-York 5 noyabr 2025-də tarix yazdı, 34 yaşlı “Demokratik Sosialistlər Amerikası” üzvü Zohran Mamdani şəhərin 111-ci meri seçildi. Bu, ABŞ siyasətində həm nəsil, həm də ideoloji dəyişimin açıq siqnalıdır. Əsas rəqibləri Endryu Kuomo və Kurtis Slivanı geridə qoyan Mamdani təkcə seçki texnikası ilə yox, yaşayış xərclərini real olaraq azaltmağı hədəfləyən proqramı ilə qalib gəldi. Beləliklə,…
Madaqaskar nümunəsi Azərbaycan üçün niyə aktualdır? Etirazların və prezidentin qaçmasının səbəbləri
Dünya mediası Madaqaskarı “Afrikanın ada-möcüzəsi”, “bioçeşidliliyin cənnəti” kimi təsvir edir. Lakin bu cənnət obrazının altında kapitalizmin ən vəhşi, kolonial laboratoriyası, yəni istismarın tropik vitrini gizlənir. Burada istehsal münasibətləri nə Avropadakı kimi sənayeləşmiş, nə də sosialist sistemlərdəki kimi kollektiv xarakter daşıyır; burada imperialist güclərin qlobal istismarı ilə yerli oliqarxiyanın yarı-feodal korrupsiyası birləşib. Prezident Andri Radzuelina bu…
Kapitalizm vitrininin arxası: bərabər başlanğıc şərtlər olmur
Bakı mərkəzində yeniyetmələr Əli və Mikayıl Ağalarovlara “ilk filial” açdıran şoular bir cümləyə yığıla bilər: vitrinin parıltısı başlanğıc şərtlərini gizlədir. Həqiqət isə kobuddur, kapitalizmdə eyni xətdə start yoxdur. Kiməsə familia, media və start kapitalı miras qalır, kiməsə bərbad təhsil və sıxılmış sosial liftlər. Məsələn, Azərbaycanda 15-24 yaş qrupunda gənclər işsizliyi 2024-cü ildə 13.7% təşkil edib.…
İctimai nəqliyyat 60 qəpik oldu. Niyə qiymətlər davamlı şəkildə artır
Mətbuatda oktyabrın 1-dən etibarən metro və bir sıra avtobus marşrutlarında gediş haqqının 60 qəpik olacağına dair xəbərlər yayılıb. Bəlkə də, bu, ilk baxışdan cəmi 10 qəpiklik artım cüzi görünür, lakin işçi sinfi üçün hər gün sadəcə iki dəfə metroya minmək aylıq 6 manat artıq xərc deməkdir, dörd nəfərlik ailədə isə bu məbləğ artıq 20-25 manata…
Hökumətin yeni il tərbriki: Benzin və dizelin qiyməti indi niyə artırıldı?
Yeni il ərəfəsində hökumət bizə klassik “təbrik kartı” göndərdi: kartın üstündə bəzəkli küknar ağacı olsa da, içində quru rəqəmlər gözləyir. Aİ-92 benzinin litri 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə qalxır, dizel isə 1 manatdan 1 manat 10 qəpiyə. Üstəlik, qanunvericiliyə edilən dəyişikliklə “yol vergisi” hər litr üçün 7 qəpik müəyyənləşdirilir. Adı “yol”dur, amma…
Dünya maliyyə imperiyasının təmizlik ili: 2026
2026 çox sürətli bir şəkildə başladı: Venesuellada Maduronun oğurlanması, Rojavaya HTŞ terror təşkilatı tərəfindən hücum və İrandakı aksiyalar. Fərqinə vardınızsa, bu hadisələrin hamısı radikal sağın və böyük maliyyə tiranlarının hədəflərinə uyğun şəkildə formalizasiya olunub. Müqavimət media və Azərbaycan azad sosialistləri olaraq bu prosesin necə yarandığını və addımlarını izah edəcəyik. Radikal sağın 2022-dən etibarən güclənməsi ilə…
Bolqarıstanda “Avropa sabitliyi” mifi çökdü: Etirazların Azərbaycan burjuaziası üçün sərt dərsləri
“Avropa İttifaqının üzvü olmaq hər şeyin “Qərb standartlarına” uyğun, steril, texnokratik, səliqəli aparıldığı nizam deməkdir” mifinin onilliklərlə yaşı var. Bolqarıstanda baş verən etirazlar bu yalanın üzərinə balta kimi düşdü, nəticədə rəngli broşürlərdəki Avropa görüntüsü bir anın içində dağıldı, tozlu küçələrdə polisin dəyənəyi və gənclərin “bəsdir artıq!” çığırtısı eşidildi. Kapitalizmin “mədəni üzü” ilə “real üzü” arasında…
Yeni qanunun əsl hədəfi kimdir? Dövlət bədənimizi və sözümüzü nəzarətə götürür
Hakim siniflər tarix boyu eyni fəndə yol veriblər və cəmiyyətin sözünü, bədənini, davranışlarını nəzarətə götürmək istəyəndə bunu heç vaxt “kapitalist istismarını qorumaq” adı ilə etməyiblər. Həmişə “əxlaq”, “milli dəyərlər”, “ictimai təhlükəsizlik”, “xalqın mənəviyyatı” kimi daha “yüksək” sözlər tapıblar. Əslində formul bəsitdir: əvvəl ideoloji aparat vasitəsilə “ictimai narahatlıq” uydurulur, sonra həmin narahatlıq bəhanəsi ilə azadlıqlar boğulur.…
“AzParking” nümunəsi: Azərbaycanda əmək münasibətlərinin sinfi anatomiyası
Azərbaycan cəmiyyətində gündəlik xəbərlər çox zaman oxucunun zehnində tez sönən qığılcımlar kimi keçir gedir. Amma bəzən hansı hansı məlumatın içində gizlənən həqiqət bütöv sistemin iyrənc anatomiyasını açıb göstərir. Dünən “AzParking” MMC ilə bağlı yayılan xəbər də məhz belələrindəndir. İşçilərə 8 saatlıq iş günü ərzində cəmi bir dəfə tualet və çay fasiləsi verilməsi kapitalizmin işçiyə baxışının…
